20 Yanvar, 2011
İsrail prezidenti dul qaldı

Şimon Peresin xanımı dünyasını dəyişib.

İsrail prezidenti Şimon Peresin xanımı Sonya Peres bu gün 87 yaşında dünyasını dəyişib.
Ölüm faktını çağırışa gəlmiş "Magen David Adom" təcili yardım briqadası qeydə alıb.

Paramediklər yaşlı qadını reanimasiya etməyə çalışsalar da, onların səyləri nəticə verməyib.
Qızlıq soyadı Gelman olan Sonya Peres Ukraynadan İsrailə repatriasiya olmuşdu. 1940-cı illərdə Ben-Şemen kibusunun əmək məktəbində oxuyan Sonya elə orada da gələcək əri Şimon Pereslə tanış olub.
Təhsilini başa vurandan sonra Sonya Britaniya ordusunun yəhudi birləşməsinə könüllü qoşulub və Avropaya göndərilərək yük maşını sürücülüyünü öyrənib, döyüşlərdə iştirak edib.

Fələstinə dönəndən sonra o, Şimon Peresin yaşadığı kibusda işləməyə başlayıb.
Şimon Pereslə Sonya Gelman 1945-ci ilin mayın 1-də evləniblər. Bir qədər sonra Peres İsrail Müdafiə Nazirliyində işləməyə başlayıb, onların ailəsində Sviya adlı qız doğulub və ailə Təl-Əvivə köçüb.
Peresin oğulları Xemi və Yoni də orada doğulub.
Şimon Peresin 3 övladı, 6 nəvəsi var.

2007-ci ildə Şimon Peres İsrail prezidenti seçiləndə Sonya onunla birlikdə Qüdsdəki prezident sarayına yollanmaqdan imtina edərək Təl-Əvivin Ramat-Aviv məhəlləsindəki evdə qalmağa üstünülk verib.
Buna rəğmən, Şimon Pereslə Sonya arasındakı münasibətlər əsla dəyişməmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!