20 Yanvar, 2011
Peşəkar boksçuya televizora baxmaq qadağan edildi

Kliçko ilə döyüşə hazırlaşan Derek Çisora öz məşq düşərgəsini işgəncə mərkəzinə bənzədib

Britaniyalı ağırçəkili peşəkar boksçu Derek Çisoraнф televizora baxmaq qadağan edilib. 2011-ci ilin aprelin 30-da çempionluq kəməri uğrunda döyüşdə ukraynalı Vladimir Kliçko ilə üz-üzə gələcək boksçuya bu qadağanı onun məşqçilər korpusu qoyub. 

Derek Çisora bu döyüşə hazırlaşərkən yalnız DVD-də Kliçkonun döyüşləri olan boks qarşılaşmalarına baxa bilər. Boksçu Kliçko ilə döyüşə Şotlandiyada hazırlaşır. Çisora öz məşq düşərgəsini işgəncə mərkəzinə bənzədib. Britaniyalı boksçu Kliçko ilə döyüşün onun üçün məşq prosesindən asan keçəcəyini də bildirib.

Xatırladaq ki, Kliçko Çisora ilə döyüşdə IBF (Beynəlxalq Boks Federasiyası), WBO (Ümumdünya Boks Təşkilatı) kəmərini müdafiə edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!