11 Mart, 2013
Fərdi Tayfur qadınların qəzəbinə tuş gəldi

.

Türkiyənin məşhur müğənnisi Fərdi Tayfur qadınların sərt reaksiyalarına səbəb olan açıqlamalar verib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fərdi Tayfur çoxarvadlı kişilərin daha yaxşı insanlar olduğunu deyib: “Bir adamın arvadı çoxdursa, o adam yaxşı insandır. Yaxşı olmasa heç bir qadın yanında dayanmaz, onunla yaşamaz”. Bu açıqlamanın ölkə mətbuatında yayımlanması ilə sosial şəbəkələrdə qadınlar müğənniyə sərt tənqidlər ünvanlayıblar.

Xatırladaq ki, F.Tayfurun Necla Nazır, Zeliha Turanbayburt və Həbibə Ümyani Dəmir olmaqla həyatında üç qadın olub.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!