9 Mart, 2013
2013-cü il musiqi ustadının ili olacaq

TÜRKSOY Daimi Şurasının qərarına əsasən bu il Qazax musiqisinin ustadı Mukan Tölebayevə ithaf edilib.

Başqırdıstanın Ufa şəhərində keçirilən 30-cu TÜRKSOY Daimi Şurasının qərarına əsasən 2013-cü ili Qazaxıstan müsiqisinin ustadı və milli bəstəkarı olan Mukan Tölebayevə ithaf edilib.

Simsar.az xəbər verir ki, bu məqsədlə martın 11-də Ankara Dövlət Rəsm və Heykəl Müzeyində Mukan Tölebayev ilinin açılına həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Tədbirdə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Topluluğunun Qazaxıstandan gələn sənətçilərlə birgə Mukan Tölebayevin bəstələrindən ibarət konsertinin gerçəkləşdirilməsi də nəzərdə tutulub.

Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qazaxıstan səfiri Canseyit Tüymebayev, Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpek, Qazaxıstan Parlamenti senatının sosial və mədəni inkişaf komitəsinin sədri Ahan Bijanov, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Celikin çıxışlarından sonra TÜRKSOY Basın Onur Ödülü sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan IV TÜRKSOY Mətbuat Mükafatının sahibi “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair, jurnalist Elçin Mirzəbəylidir.

Sonda xatırladaq ki, TÜRKSOY 2011-ci ili doğumunun 125-ci ildönümü münasibətilə Abdulla Tukay, 2012-ci ili isə, Mirzə Fətəli Axundov ili elan etmişdi.

Aqşin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!