9 Mart, 2013
Ərdoğan vəsiyyətini açıqladı

.

Siirt vilayətində keçirilən “Qadınlar günü” proqramında iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında “sülh prosesi” danışıqları, terror və s. mövzularla yanaşı vəsiyyətini də açıqlayıb. Qadınların hüquq mübarizəsini insanlığın mübarizəsi kimi gördüklərini deyən baş nazir bu yolda onlarla birlikdə hərəkət edəcəklərini qeyd edib. “Törə (adət) adı altında işlənən qadın cinayətlərini, qadına qarşı zorakılığı heç kim haqlı göstərə bilməz. Bizim mədəniyyətimizdə belə törələr yoxdur”.

Qızların təhsil almasının çox əhəmiyyətli olduğunu deyən Ərdoğan bu günkü qızların sabahın anaları olacağını, analar dəyişəcəyi təqdirdə onların yetişdirəcəyi uşaqların və buna bağlı olaraq ictimaiyyətin də dəyişəcəyini vurğulayıb.

Qeyd edək ki, çıxışına davam edən Rəcəb Tayyib Ərdoğan “Bu sizə vəsiyyətimdir” - deyərək “3 övlad” tələbini təkrar edib.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışlarında və xalqa müraciətində ölkə əhalisinə ən azı 3 övlad sahibi olmağı məsləhət görüb. “1 övlad iflas, 2 övlad iflas, 3 övlad yerində addımlamaqdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!