20 Yanvar, 2011
Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün 20 yanvar hadisələrinin 21-ci ildönümüdür. Səhər saatlarından başlayaraq on minlərlə insan 20 yanvar şəhidlərinin məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanı qarşısında toplaşmağa başlayıb.

Saat 10.00-dan etibarən Şəhidlər Xiyabanını ziyarət başlayıb. 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər. Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!