20 Yanvar, 2011
Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının layihəsi haqqında məlumat yayıb

Mərkəzi Bankın yeni inzibati bina kompleksinin inşa edilməsi məqsədilə Heydər Əliyev prospektində Nazirlər Kabinetinin sərəncamı ilə müvafiq torpaq sahəsi ayrılı

Azərbaycan Mərkəzi Bankının hazırkı inzibati binası 1998-ci ildə tikilərək istifadəyə verilib. O dövr üçün müasir dizayn və infrastruktura uyğun bina 200 nəfər əməkdaş üçün nəzərdə tutulmuşdu.
Ötən dövr ərzində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının miqyası böyüyüb, ölkənin qlobal iqtisadiyyata inteqrasiyasının daha da dərinləşməsi də nəzərə alınmaqla Mərkəzi Bankın da fəalyyət dairəsi genişlənib, yeni idarəetmə və funksional infrastruktur vahidlərinin yaradılması və inkişafı zərurətə çevrilib. Tədqiqatlar və İnkişaf Mərkəzinin, Kredit Reystri Xidmətinin fəaliyyətə başlaması, Kommunikasiya və Strateji idarəetmə problemləri ilə məşğul olan departamentlərin yaradılması Mərkəzi Bankda yeni idarəetmə vahidlərinin yaranması nümunələrindəndir. Təsadüfü deyildir ki, ötən dövr ərzində Mərkəzi Bankın əməkdaşlarının sayı artaraq 500 nəfəri ötüb və bu rəqəmin gələcəkdə daha da artması gözlənilir. Məhz bu səbəblərdən də Mərkəzi Basnkın yeni binasının inşa edilməsi zərurəti yaranıb.
Bu məqsədlə araşdırma aparılıb, AMB-nin yeni inzibati binasının inşası üçün bir sıra tanınmış şirkətlər müasir texnologiyaları özündə əks etdirən konsepsiyalar təqdim edib, məşhur Avropa memarlıq şirkətlərinin həyata keçirdiyi layihələr öyrənilib. Araşdırmaların nəticəsi olaraq Mərkəzi Bankın yeni inzibati binasının layihələşdirilməsini həyata keçirmək üçün dünyada məşhur, Avropa Mərkəzi Bankının yeni inzibati binası layihəsini gerçəkləşdirən “COOPHIMMELB (l)AU” Avstriya şirkəti seçilib.
Binanın layihələndirilməsi zamanı müasirlik, xarici görünüşün unikallığı ilə yanaşı, binanın çox mərtəbəliliyi kimi meyarlar rəhbər tutulub. Miqyası sürətlə artan ölkə iqtisadiyyatının nağd pula tələbatı sürətlə artırması nəzərə alınaraq beynəlxalq standartlı “Xəzinə mərkəzi”nin yaradılması layihədə əksini tapır. Eyni zamanda qızıl hasilatının başlanması və onun gələcəkdə artması proqnozları ölkənin qızıl ehtiyatlarınlın saxlancını zəruri edir və bu yeni binada öz həllini tapacaq.
Mərkəzi Bankın dünya təcrübəsinə uyğun idarəetmə və funksionallıq inkişafının 20-25 illik perspektivlər də nəzərə alınmaqla layihədə AMB-nin bütün infrastrukturları, konfrans zalları, müxtəlif növ təlim otaqları, maşın parkinqi, vətəndaşların istifadəsi üçün açıq olan kitabxana və muzey də öz əksini tapıb.
Hazırda yeni inzibati bina layihələşmə mərhələsindədir, yekun qərar qəbul edilməyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!