6 Mart, 2013
“Dünya Köçəriləri Oyunları” keçiriləcək

/

İssık-Gölünün sahilində bu ilin sentyabrında ilk dəfə “Dünya Köçəriləri Oyunları” keçiriləcək. Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, mövzu haqqında “Issık-Göl Avrora” sanatoriyasının idarəçisi Meder Tilekmatov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Qırğızıstanın bu addımını Azərbaycan, Türkiyə və Qazaxıstan dəstəkləyib: “Layihənin əsas məqsədi, köçərilərin milli oyunlarını bütün dünyaya təqdim etməkdir. İspaniyada öküz güləşi, Braziliyada karnaval var, köçərilərin də at yarışı, keçi toqquşma, kəmər güləşi və digər oyunları təqdim olunmalıdır. Biz xarici turistləri Qırğızların dünyasına, köçəri xalqların dünyasına dəvət etməliyik və mədəni dünyamızın bütün zənginliyini göstərməliyik”.

M.Tilekmatov Asiyanın 11 ölkəsi və Rusiya Federasiyasının 8 Respublikasının “Dünya Köçəriləri Oyunları”nda iştirak edəcəklərini bildirib.


İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!