.
Türkmənistan  bu il beynəlxalq Novruz bayramı tədbirlərinə ev sahibliyi edəcək. Simsar.az-ın məlumatına görə, 21 martda qeyd olunacaq Novruz bayramı mərasimlərində  Türkiyə, İran, Tacikistan, Əfqanıstan kimi bir çox ölkələrin  səlahiyyətli şəxslərinin  iştirakı gözlənilir. 
Türkmənistan prezidenti  Qurbanqulu Berdiməhəmmədov  mərasimlərin həyata keçiriləcəyi Ahal yaylasına baş çəkərək, aparılan işlərlə tanış olub. Q.Berdiməhəmmədov xalq oyunları və müxtəlif tədbirlərin keçiriləcəyi yerlərin layihələri haqqında məlumat alıb. Lider  Novruzun Türkmən xalqının qədim adətlərindən olduğunu qeyd edərək, mərasim zamanı  ölkəyə xas oyunların səhnələnməsini istəyib. 
DİGƏR XƏBƏRLƏR