29 Dekabr, 2010
Azərbaycan Ordusunun iki əsgəri minaya düşüb, əsgərlərdən biri həlak olub

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb. SİMSAR-ın məlumatına görə, hadisə dünən cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Baş vermiş mina partlayışı nəticəsində Azərbaycan Ordusunun əsgəri, Lerik rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, əsgər Amid Mərdan oğlu Seyfullayev həlak olub. 

Qusar rayonundan hərbi xidmətə çağırılmış Sahil Yunusov isə ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Faktla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!