28 Dekabr, 2010
Mübariz İbrahimova həsr olunmuş mahnıya klip çəkiləcək

Müğənni Nura Suri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında mahnı oxuyub.

Lent.az-ın məlumatına görə, mahnının musiqisi bəstəkar Gövhər Həsənzadəyə, sözləri isə Cəlal Qurbanova məxsusdur. “Dön artıq” mahnısı artıq radio dalğalarında səslənir. Müəlliflər bildirirlər ki, bu mahnını Mübariz İbrahimovun xatirəsinə olan böyük ehtiramdan dolayı araya-ərsəyə gətirmək qərarına gəliblər. Sözügedən mahnıya yaxın vaxtlarda klip çəkilməsi də planlaşdırılıb. Klipdə milli qəhrəmanımız Mübariz İbrahimovun döyüş səhnələri ilə yanaşı, bədii səhnələrdə yer alacaq.

Banu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!