28 Dekabr, 2010
Londonun simvolları partladılacaqmış...

“Əl-Qaidə” London Fond Birjası, London meriyasının binası və ABŞ səfirliyini də partlatmaqla bağlı plan hazırlayıb

Böyük Britaniya polisinin 20 dekabrda saxladığı 9 nəfər yeni ilin ilk günündə Londondakı Biq-Ben qülləsini partlatmağı planlaşdırırmış. Lent.az-ın “Daily Teleqrahp” qəzetinə istinadən verdiyi məlumata görə, onlar London Fond Birjası, London meriyasının binası və ABŞ səfirliyini də partlatmaqla bağlı plan hazırlayıblar.

Saxlanılan şəxslərdə partlatmaq üçün seçdikləri binaların siyahısı, terrorçu ədəbiyyat, partlayıcı qurğu hazırlamaqla bağlı sxem də olub. Terrorçuları bu aktları törətməyə həvəsləndirən şəxsin “əl-Qaidə” terror təşkilatının Yəmən əsilli rəhbərlərindən olan Ənvər əl-Avlaki olduğu ehtimal edilir.

Qeyd edək ki, Böyük Britaniya polisi dekabrın 20-də 17-28 yaşlı 12 nəfəri saxlayıb. Onların 5 nəfəri Banqladeş əsillidir. Saxlanılanların 3-ü sonradan ittiham elan olunmadan azadlığa buraxılıb. Dekabrın 27-də 9 nəfərə qarşı məhkəmə terror aktları törətməyə hazırlaşmaqla bağlı ittiham irəli sürüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!