28 Dekabr, 2010
Bu da elektriklə işləyən təyyarə

Dünyada elektriklə işləyən ilk təyyarə sınaqdan çıxarılıb. Lent.az-ın məlumatına görə, Böyük Britaniyanın «Sonex Aircraft» şirkəti tərəfindən istehsal edilmiş N270DC model idman təyyarəsi bu günlərdə ilk uçuşunu həyata keçirib.

Təyyarə 54 kilovatlıq DC mühərrikinə və 14,5 kilovatlıq Lithium-Polimer batareyaya malikdir. Qısa müddətdə havada qalmasına baxmayaraq təyyarənin yaradılması ilə məşğul olan qrupun rəhbəri, pilot Joş Monnet bildirib ki, layihə 4 il çalışmalardan sonra ərsəyə gətirilib. Bundan sonra təyyarədə təkmilləşdirmələr aparılacaq və havada qalma müddəti uzadılacaq. Bunun üçün təyyarəyə V4 mühərrikinin qurulması planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!