28 Dekabr, 2010
Dünyanın ən böyük 3D-televizoru nümayiş etdiriləcək

2011-ci ilin yanvar ayının 6-dan 9-dək Las-Veqasda (ABŞ) keçiriləcək “CES 2011” sərgisində çoxlu sayda elektron yeniliklərin təqdim olunacağı gözlənilir.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə “LG Electronics” şirkəti yeni nəsil 3D-televizorlar nümayiş etdirməyi planlaşdırır.

LG bu gün üçün dioqnalı 72 düyüm olan rekord ölçüdə 3D-panel hazırlayıb. İşıq diod işıqlandırma sistemi ilə təchiz olunmuş “LZ9700” modelinin yenilənmə tezliyi 480 Qs təşkil edir. Stereoskopik təsvirə baxmaq üçün isə xüsusi eynək lazım olacaq. Bundan əlavə televizorun internet-servislərini də dəstəkləyəcəyi bildirilir.

LG-dən daha bir yenilik ATSC standartlı portativ 3D-televizor olacaq. Bu paneldə saatda 200 km. sürətlə hərəkət edərkən təsvirə baxmaq mümkün olacaq. İrihəcmli təsvirə isə portativ qurğuda adi gözlə tamaşa edilir.

Xatırladaq ki, “CES 2011” sərgisində “Tosihiba” şirkəti də xüsusi eynək tələb olunmayan 3D-televizrolar təqdim etmək niyyətindədir. “Toshiba”nın 3D “Regza GL1” seriyasında 12 və 20 düyüm diaqonallı iki model mövcuddur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!