27 Dekabr, 2010
Elnur Aslanov: “Azərbaycan başqa variantlara əl ata bilər”
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov

"Azərbaycanın ərazi bütövlüyü barədə beynəlxalq təşkilatların bəyanatları mühümdür, amma artıq yetərli deyil".

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov  belə deyib.
Onun sözlərinə görə, artıq real addımlar atmaq, siyasi iradəni nümayiş etdirmək vaxtı çatıb. Beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün konkret addımlar atmalıdır.

"BMT qətnamələri və beynəlxalq təşkilatların digər qərarları yerinə yetirilmədiyindən Azərbaycan başqa variantlara əl ata bilər. Azərbaycan indi bölgənin siyasi və iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsi olmaqla yanaşı, hərbi baxımdan ən öncül dövlətidir. Qonşu dövləti bunu həmişə nəzərə almalı və dərk etməldidir ki, Azərbaycan öz əzəli torpaqlarını azad etmək üçün müxtəlif variantlara əl ata bilər. Beynəlxalq təşkilatların münaqişəni dondurulmuş adlandırmalarına rəğmən, münaqişə əslində atəşkəs barədə anlaşma əldə edilmiş konfliktlərə daxildir", - Elnur Aslanov deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!