27 Dekabr, 2010
Terrorçuluqda təqsirləndirilən kürdü asmadılar
Kürd terrorçusu Həbibulla Lətifi

İranda növbəti dəfə edam cəzası ilə bağlı problem yaranıb.

 

Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, PKK-nın İrandakı qanadı sayılan PEJAK-ın üzvü olmaqda təqsirləndirilən Həbibullah Lətifinin edamı təxirə salınıb. Buna edam cəzasının ləğvi ilə bağlı Tehrana olan beynəlxalq təzyiqlərin səbəb olduğu bildirilir.

Ailəsi 29 yaşlı Həbibullah Lətifinin PEJAK üzvü olması barədə iddiaları rədd edir. Onların fikrincə, bu ittiham rəsmi Tehranın uydurmasıdır. “Amnesty International” hüquq müdafiəsi təşkilatı İran hakimiyyətini Həbibullah Lətifi barəsində ölüm hökümünü icra etməməyə çağırmışdı. O, 2008-ci ildə silahlı mübarizədə və qadağan edilmiş separatçı Kürdüstan azad həyat partiyası ilə əməkdaşlıqda təqsirli bilinib. Həbibullah partiyanın ideyalarına sadiq oluduğunu etiraf etsə də, zorakı hərəkətlərdə iştirakını təkzib edib. “Amnesty International” bəyan edib ki, onunla bağlı məhkəmə ədalətli olmayıb. Təşkilat İran hakimiyyətini mərhəmət göstərməyə çağırıb.

Həbibullah Lətifi dünən edam olunmalıydı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!