27 Dekabr, 2010
Zərdabda canavarlar kəndə hücum edib

Zərdab rayonunun Allahqulu bağı kəndinə canavarlar hücum edib.

Bu barədə APA-ya kənd sakinləri məlumat verib. Hadisə ötən gecə qeydə alınıb. Canavarlar Ələddin Muradova məxsus fərdi təsərrüfatda 12 baş qoyunu parçalayaraq öldürüb, bir neçə baş heyvanı isə yaralayıblar.

Kənd Kür sahilində yerləşdiyindən və həmin ərazi daha çox meşəliklə əhatə olunduğundan, buraya vəhşi heyvanlar tez-tez hücum edir.

Milli.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!