23 Dekabr, 2010
Moskva toqquşmalarının «sirr»i açıldı

Radikal-millətçi və neofaşistlərin hisslərini "cuşa gətirənlər" kimlər idi?

Zahirən, hər şey dekabrın 6-da Moskvada başlandı. Rusiya paytaxtının "Spartak" klubunun fanatı Yeqor Sviridov bir neçə şəxsin hücumuna məruz qaldı, vəhicəsinə döyülərək öldürüldü.
Amma toqquşmaların mənbəyi əslində bu qədər bəsit deyil. Milli.Az xəbər portalı Moskva hadisələrinin pərdəarxası "ssenari və oyunçuları" barədə məlumat verəcək.

İstintaq niyə ləng gedir?

"Spartak"lı fanat Yeqor Sviridovun döyülərək öldürülməsindən sonra Moskvanın hüquq-mühafizə orqanları hərəkətə gəldilər, elə həmin gün tutulan Aslen Çerkesov qətldə suçlandı. Sonra məlum oldu ki, daha 4 nəfər tutulubmuş: amma cinayət işini aparan müstəntiq həmin adamları buraxılmasına göstəriş verib.
O adamların buraxılmasının təfərrüatları o qədər də vacib deyil, çünki Rusiyanın hüquq-mühafizə sistemi ABŞ-ın analoji sistemindən fərqli olduğundan, Moskvadakı hansısa müstəntiqin qanunsuz əməli nonses kimi qəbul olunmur.

Müstəntiqin belə davranışı isə guya fanatların qəzəbinə səbəb oldu və onlar da dekabrın 7-si axşamı Rusiya paytaxtının Leninqrad prospektinə çıxaraq yolu bağladılar.
Bundan sonra Rusiya Baş Prokurorluğu fanat Sviridovun qətli ilə bağlı cinayət işinin tam ciddiliyi ilə araşdırılmasını istədi və istintaqı nəzarətə götürdüyünü bəyan etdi. Prokurorluğun İstintaq Komitəsinin rəhbərliyi xüsusi açıqlama ilə çıxış edərək bildirdi ki, "cinayətkarların azad edilməsi barədə qərar qəbul etmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı prosessual yoxlama-təftişə başlanıb".
Bir qədər də keçdi, Yeqor Sviridovun qətlə yetirilməsində hər hansı formada iştirak etməkdə şübhəli bilinən şəxslərin hamısının axtarışa elan edilməsi barədə qərar qəbul olundu.

Xatırladaq ki, bütün bunlar dekabrın 9-na təsadüf etmiş hadisələrdir.
Yeqor Sviridovun dəfni və bununla bağlı matəm mərasiminədək vəziyyət çox qəribə məcrada inkişaf etdi.
Moskvanın hüquq-mühafizə orqanları - milis və prokurorluq Sviridovun qətlində şübhəli bilinənlərin tutulması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün gərəkən fəallığı göstərmədilər.
Halbuki kriminilastikanın ən ibditadi qanunları belə, bunun mümkün qədər tez icraatını tələb edirdi.
Moskvanın hakimiyyət dairələri və milis generalları sanki qədim yunan əsatirlərindəki təki, letargiya yuxusuna getmiş, şüurlarını söndürmüş və baş verənləri, yaşananları laqeydcəsinə kənardan seyr edirdilər.

Halbuki...

Yeqor Sviridovun qətli çox yaxşı planlaşdırılmış provokasiyanın ("təxribat" sözü burada tam mənanı vermir, çunki nəyisə sıradan çıxarmaq və ya fəaliyyətində problemlər yaratmaq istəyəndə təxribata əl atılır - provokasiya isə tam fərqli anlamdır) bir mərhələsi idi. Milli.Az xəbər portalının əməkdaşının suallarını cavablayərkən Moskvanın hüquq-mühafizə strukturlarının rəhbərlərindən tutmuş, sıravi əməkdaşlarına qədər hamını bir sual maraqlandırır: "Necə oldu ki, bütün bunlar baş verdi?"

Cavab isə çox sadədir.
"Spartak" klubunun fanatının qətli provokasiya deyildi. Moskva milisinin də bunun üçün çalışdığı şübhə doğurmur. Bir şərtlə ki, cinayətkarların cəzalanmasını normal milis əməkdaşları istəyirlər.
Moskva Şəhər Daxili İşlər İdarəsinin əməkdaşı, milis polkovniki Yeqor Sinelnikov  Milli.Az xəbər portalının əməkdaşı ilə telefon söhbətində bildirdi ki, iğtişaş və toqquşmaların hazırlanması ilə bağlı operativ məlumatları vardı.
"Bu xəbərləri əldə etmişdik, lakin hadisələrin belə sürətlə inkişaf edəcəyini təxminləmək çətindi. Fanatların narazılığını yaratmaq çün müstəntiqin davranışı sanki detonator oldu. Fikrimcə, o müstəntiqin davranışı bütün ciddiyyətlə araşdırılmalıdır. Çünki bu işlərin təsadüf olduğunu düşünmürəm. Üstəlik, Leniqrad prospekti və Manej meydanına yığışanları da idarə edənlər vardı. Özü də çox ustalıqla", - Sinelnikov söylədi.

Təxribatın özəyində kim dayanır?

Milis polkovniki açıq deməsə də, fanatların və radikalların bir mərkəzdən, bir qüvvə tərəfindən idarə olunduğuna işarə vurur.
Bunu Rusiya İnsan Haqlarının Müdafiəsi Mərkəzinin ekspreti Yelena İvanova da təsdiqləyir.
"Bəli, küçələrə çıxan insanları idarə edirdilər. O qüvvənin kimliyini bilmək heç çətin deyil. İğtişaşlar əvvəl internetdə, xüsusilə də millətçi hərəkat və qruplaşmaların saytları, onların rəhbərlərinin bloqları, "Vkontakte" və "Odnoklassniki"dəki profillərinə baxmaq yetər. Məhz həmin şəxslər gəncləri küçələrə, kütləvi itaətsizlik, etiraz aksiyalarına, qafqazlılara qarşı hücumlara çağırırdılar", - Y.İvanova dedi.
Rusiyanın ən radikal millətçi təşkilatlarından olan "Qanunsuz Miqrasiyaya Qarşı Hərəkat"ın (DPNİ) lideri Aleksandr Belov (Potkin) isə millətçi təşkilatların bu iğtişaşları təşkil etmələri barədə deyilənləri qətiyyətlə təkzib edib.

"Bu iddiaların heç bir əsası yoxdur. Biz Moskvada fanatların aksiyalarına qatılmamışıq və bütün üzvlərimizlə yanaşı, tərəfdarlarımıza da o aksiyalardan mümkün qədər uzaq durmağı tapşırmışıq. Həmin aksiyaları təşkil edən və həyata keçirən millətçilər yox, başqa, çirkin qüvvələrdir. Təşkilatçıları başqa yerdə axtarın. Həmin adamlar millətçilərin adları ilə pərdələnərək kütləvi iğtişaşlar yaratmaq və məqsədlərinə çatmaq istəyiblər", - Belov dedi.

Gerçəkdən də, Rusiyanın xüsusi xidmət orqanlarının apardıqları araşdırmalar göstərir ki, bu iğtişaşların arxasında DPNİ və onun kimi təşkilatlarla bahəm, daha radikal strukturlar durur.
Həmin strukturlar isə Rusiya Millətçilər İttifaqı, Rusiya Monarxistlər Liqası, Rusiya "Nurlu Yol" Hərəkatı və bu kimi təşkilatlar olub.
Onlar Moskvada Manej meydanı və Kiyev vağzalının yanında toqquşmalarla yanaşı, Rusiyanın müxtəlif şəhərlərində kütləvi yürüşlər və iğtişaşlar təşkil etmişdilər.
Həmin qruplar indi də sakitləşməyiblər.

Təxribatçılar işə başlayır…

Dekabrın 15-də isə Moskva silkələndi. Manej meydanına çıxan 3 minə yaxın gənc Yeqor Sviridovun qatillərinin cəzalandırılmasını tələb edəndən sonra, kütlənin içindəki bir neçə nəfər "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!" deyib bağırmağa başladılar. Bu seyrək bağırtılar az sonra kütlənin hayqırdığı şüara çevrildi.

Kütlə psixorlogiyasını gözəl bilən provokatorlar bir qədər sonra "Rusiya ruslar üçün!", "Qafqazlılar, rədd olun Rusiyadan!", "Qafqazlılar - rədd olun" bağırdılar.
Rusiyadakı faşist və radikal-millətçi qrupalaşmaların bu mənsubları əllərini nasist salamında göyə qaldıraraq "Ziq Hayl!" qışqırırdılar.
Onlar provokatorlar idilər və bu adamlara da əfsuslar olsun ki, Moskva milisindəki bir para zabitlər yardım edirdilər.
Məsələn, həmin provokatorlar arasında ən fəalı Levon Arzumanyan adlı bir erməni idi.

Təxtibatlar ola, orda erməni olmaya?!

Bu erməni sürəkli olaraq "Qafqazlılar, rədd olun!" bağırırdı. Moskva Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD) döyüşçüləri Manej meydanına yığışmış radikallara qarşı yeriyərək onların aksiyasını dağıtmağa başlayanda isə Moskva Baş Milis İdarəsinin rəis müavini, polkovnik Viktor Biryukov "qəflətən" Arzumanyanın yanında peyda oldu.
Milis polkovniki erməni "faşist"i sakitləşdirmək, qafqazlıların Rusiyadan qovulmasını istəyən bu hayın bağırtılarına son qoymaq əvəzinə sakitcə durmuşdu. Jurnalistlər Arzumanyana yaxınlaşanda isə Biryukov qaşlarını çatıb Arzumanyana diqqətlə baxdı.
Erməni provokator sanki "başla!" siqnalı aldı.

Erməni faşistin hoqqaları 

O, onlarla foto və videobyektivin qarşısında əlini faşist salamında qaldıraraq "Ziq hayl!" çığırdı.
Yəni "baxın, mən rus faşistiyəm".
Erməni Arzumanyanın bu hərəkəti komik olsa da, bixəbər jurnalistlər nə biləydilər ki, qafazlıların qovulmasını tələb edən "əsl rus" əslində "qafqazlı" provokator imiş.
Çoxsaylı fotoşəkillər və çəkilişlərin videogbrüntülərində aydın görünür ki, "faşist" Levon Arzumanyan polkovnik Birykukovun yanında özünü çox rahat hiss edir. O, fasiləsiz gülümsəyir, obyektivlərə poza verir, jurnalistlərə irişir.
Bu zaman "yaxalanmış millətçi radikal" Arzumanyan və "millətçi radikalların aksiyasının dağıdılmasına rəhbərlik edən" Biryukov arasındakı mükalimə maraq doğurur:
Biryukov: "Di bəsdirin, gedək, gedək. Bəs yaxşı, o hanı?!"
Arzumanyan: "Buradayam, burada!"

Bir qədər keçir, Biryukovun yanında olan milis zabiti Arzumanyana üz tutub deyir: "Lyova, haydı, salamla!"
Arzumanyan da foto və videokameraların qarşısında əlini qaldırıb "Ziqhayl" deyir.

Daha sonra isə ermənilərin provokatorluq etdiyi hadisələr "maraqlı məcra"da davam edir.

Foto və videoçəkilişlərin təhlili göstərir ki, Manej meydanında özünü "rus millətçisi" kimi qələmə verən Arzumanyanın ailəsi az qala bütünlüklə provokatorluqla məşğulmuş.
Belə ki, dekabrın 11-də Manej meydanında döyülən və fotoşəkilləri dünyanın bütün nüfuzlü mass-mediasını dolaşmış "biçarə qafqazlılar" əslində Levon Arzumanyanın qardaşları Qaregin və Armen Azumanyanlarmış. Yerə yıxılıb qıvrılan "dağıstanlı" isə Yuri Arzumanyan idi.

Və ən nəhayət, "Reuters"dən tutmuş UPİ agentliyinədək bir çox nüfuzlu informasiya vasitələrinin "vəhşicəsinə döyülmüş qafqazlılar" adı ilə yaydıqları fotoşəkildə "al-qan içində olan qafqazlı" da Levon Arzumanyan idi.

Bu məzhəkənin məqsədi nə idi?

Maraqlı sualdır, çunki Levon Arzumanyanın "təxribatçı qoyun" rolunu oynadığı bu oyunun ssenari müəllifləri və təşkilatçıları təbii ki, sifətindən binəsibliklə biclik yağan gənc Levondan fərqli olaraq, ağıllı və işlərini bilən insanlardır.
Son günlərdə Moskvada yaşanan iğtişaşlarda bir qırğız, iki dağıstanlı qətlə yetirilib, onlarla "qafqazlı" vəhşicəsinə döyülüb, 400 "qafqazlı" tutulub. Ümumiyyətlə isə, aksiyalarla bağlı olaraq 1300 nəfər həbsdə saxlanmışdı.

Onların tam əksəriyyəti rus millətçilər, radikallar və əslən Şimali Qafqazdan olan şəxslərdi.
Manej meydanında da rusların "qafqazlılar" dedikləri çeçenlər, kabardalar, balkarlar, inquşlar, avarlar, ləzgilər, darginlər, osetinlər, laklar hücumlara məruz qaldılar, döyüldülər, söyüldülər, aşağılandılar.
Fəqət, gerçəkdən də döyülən və al qanlarına qərq edilən qafqazlıların əvəzinə erməni provokatorun fotoşəkillərini "döyülən qafqazlı" adı ilə yaymaq artıq çox çirkin təxribatdan xəbər verir.

Bütün bunlar ermənilərin Rusiyada radikal-millətçi qüvvələrin fəallaşmasından bəhrələnərək çirkli suda balıq tutmaq və eynən Sumqayıt ilə Bakı hadisələrində olduğu kimi, provokatorlardan istifadə etməklə məqsədlərinə çatmaq istəklərindən xəbər verir.
Xatırladaq ki, Sumqayıt hadisələrində şəhərdəki ermənilərin evlərini yağmalayan, bir neçə ermənini vəhşicəsinə qətlə yetirənlər elə erməni provokatorlar idi.
Onlar 1990-cı ilin yanvarın 20-si ərəfəsindəki hadisələrdə də çox "canfəşanlıq" etmiş, şəhərdəki ermənilərə hücum edərək onları qətlə yetirmiş, özlərini "vəhşi azərbaycanlılar" kimi qələmə vermişdilər.

Moskvadakı iğtişaşlarda da ermənilərin bunca fəallıq etmələri Rusiyanın Şimali Qafqaz bölgəsindən olan şəxslərlə rusların arasına düşmənçilik və qisas toxumları səpmək, aranı qarışdırmaq, ən sonda isə Rusiyanın Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstanla münasibətlərini gərməkdi.

Tanış təxribatlar, tanış "oyun"lar, tanış həyasızlıq və şərəfin "erməni xalqının milli mənafeyi" naminə unudulması...

Orxan Hun
Milli.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!