18 Dekabr, 2010
Sevgilisinin xəyanətinə dözməyən futbolçu özünü asdı

Milli.Az xəbər portalı "The Mirror"a istinadən bildirir ki, 24 yaşlı futbolçu Deyl Roberts sevgilisi Lindseyin "Çelsi"nin məşhur futbolçusu Con Terrinin qardaşı ilə gəzdiyini və ona xəyanət etdiyini eşidəndən sonra intihar edib.

O, uşaqlıq illərini Lindsey Kouen ilə birlikdə keçirdiyi evdə özünü asıb.

"Darlinqton" klubunun qapıçısı Deyl Roberts eşidəndə ki, sevgilisi ona 31 yaşlı Pol Terri ilə xəyanət edir - depressiyaya qapılıb.
Con Terrinin qardaşı Pol bu ilin avqustunda "Darlinqton"a keçmişdi.
Sonradan Pol zədələnib və Deyl də komanda yoldaşına zədəli olduğu müddətdə evində qalmağa icazə verib.

Lindsey isə onun barəsində deyilənlərin həqiqət olmadığnı deyib.
"Bütün bunlar şaiyədir. Deyl sevgilimdi və əbədi olaraq qəlbimdə qalacaq", - Lindsey deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!