18 Dekabr, 2010
Bakı aeroportunda qaçaqmal brilyant tutulub

Milli.Az DGK-nın saytına istinadən xəbər verir ki, FZ705 saylı Dubay-Bakı aviareysi ilə Birləşmış Ərəb Əmirliklərindən Bakıya gələn Azərbaycan vətəndaşı Hüseynov Elvin Elmar oğluna məxsus çamadanlara gömrük baxışı keçirilib.

Həmin çamadanların boru şəklində olan metal tutacaqlarından gömrük nəzarətindən gizlədilmiş 18 ədəd kiçik şəffaf sellofan paketlərə qablaşdırılmış müxtəlif ölçülü, ümumi çəkisi 360,8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!