7 Fevral, 2013
Aybəniz Haşımova tələbəsi üçün dua edir

Fərid Məmmədov Eurovision milli seçimlərində qalib ola biləcəkmi?

Əməkdar artist Aybəniz Haşımova hər kəsi Eurovision mahnı müsabiqəsinin milli seçim turuna qatılan tələbəsi Fərid Məmmədovu dəstəkləməyə çağırır. Bu haqda saytımıza danışan müğənni Fəridin tələbələri sırasında istedadı ilə seçildiyini önə çəkərək “onun Eurovision müsabiqəsinin milli seçimlərə qatılmasına əvvəldən xeyir-dua verdim”-deyir. Fərid haqda danışan Aybəniz xanım qısa məlumat verdi: “Fərid 6 yaşından musiqi ilə məşğul olur. Mənim “Bülbüllər” ansamblımın öndə olan solistlərindənidir. Bu vaxta qədər qrupla birgə Azərbaycanı dünyanın bir neçə ölkəsində keçirilən festival və müsabiqələrdə təmsil edib. Əgər onun qismətində Eurovision mahnı müsabiqəsində iştirak etmək varsa, bütün dualarım onun üçün olsun”. Sənətəkar xanım sözügedən müsabiqədə Azərbaycanı təmsil etməsi üçün əgərə Fərid seçilərsə, bu seçimin ədalətli olacağını və tələbəsinin ölkəmizi layiqincə təmsil edə biləcəyini əminliklə vurğulayır.

Azər

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!