24 Dekabr, 2012
2013-cü ilin fevralından “Sovetski” və “Kubinka” söküləcək

Sakinlərə artıq bildirişlər paylanır

Bakı Şəhər İcra Hakimiyyəti aparatının rəis müavini Zülfəli İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, gələn ilin fevral ayından etibarən Bakının “Sovetski” və “Kubinka” adlanan ərazilərində evlərin söküntüsünə başlanılacaq.
Z.İsmayılov gələn ilin ilk ayından sakinlərə xəbərdarlıq məktublarının paylanılacağını, söküntüyə başlamazdan əvvəl onlara kompensasiyaların veriləcəyini söylədi. “Sovetski” və “Kubinka” ərazisindəki evlərin sahiblərinə veriləcək kompensasiyanın məbləğinə gəlincə, Z.İsmayılov hər kvadrat metr üçün 1500 manat nəzərdə tutulduğunu söylədi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!