22 Dekabr, 2012
Baş nazir istefa verib

.

İtaliyanın baş naziri Mario Monti ölkə prezidenti Corco Napolitanoya istefa ərizəsini təqdim edib. Bu barədə İtaliya prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda istefanın qəbul olunduğu bildirilir. 

Monti ötən ilin noyabrında Silvio Berluskoni istefa verdikdən sonra hökumətə başçılıq edirdi. 

Sabah prezident Napolitano parlament qruplarının rəhbərləri ilə məsləhətləşmələr aparacaq. 

Ömürlük senator olan Monti dekabrın 8-də parlament «sabitlik barədə qanun»u qəbul etdikdən sonra istefa verəcəyini bildirmişdi. 

İtaliyada növbəti parlament seçkilərinin fevralın 24-də keçirilməsi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!