22 Dekabr, 2012
Avtobusa silahlı hücum edilib

10 nəfər həlak olub

 

Dekabrın 21-də axşam saatlarında naməlum silahlı şəxslər Pakistanın cənub-qərbində avtobusa hücum ediblər. Hücum nəticəsində ən azı 10 nəfər həlak olub. Bu barədə Simsar.az Sinxua agentliyinə istinadən məlumat verir. 

Hücum Bəlucistan əyalətinin Mehran mahalında İranla sərhədin yaxınlığında baş verib. Məlumata görə, avtobus qeyri-qanuni mühacirləri Sind əyalətindən İrana daşıyırmış.

Digər detallar barədə məlumat verilmir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!