22 Dekabr, 2012
Çində bir qrup balıqçı möcüzə ilə rastlaşıb

.

Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çinin Beyxai dənizinin sahilində balıq ovu edən balıqçılar torlarında heç vaxt rast gəlmədikləri ovu əldə ediblər. Tordan balıq yox, “Porschе Cayenne” avtomobili çıxıb. 

Möhtəşəm tapıntıdan sonra maşını sahilə çıxarıblar. Maşına baxan ekspertlər deyib ki, bu maşın 2 ilə yaxın Cəbuni Çin dənizinin dibində qalıb. 

İddia edilir ki, bu maşını dənizin dibinə qaçaqmalçılar atıb. Çünki bu yol çox vaxt ölkəyə qeyri-qanuni mal daşıyan insanlar tərəfindən istifadə edilir. 

Avtomobil balıq qulağı və yosun qatı ilə örtülmüşdü. Balıqçılar avtomobili metal qəbuluna vermək qərarına gəlib. Əvəzində oradan onlara 4 min yuan – 650 dollar pul veriblər. 

Qeyd edək ki, “Porsche”nin likvid qiyməti 60 min dollardan başlayır. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!