22 Dekabr, 2012
Alim Qasımov "Planetlərin paradı" ilə bağlı festivalda çıxış edəcək

Xalq artisti konsertdə tanınmış rəqqas, Güney Azərbaycandan olan Saşar Zariflə birgə şou təqdim edəcək

Bu gün Kanadanın Toronto şəhərində beynəlxalq muğam festivalı çərçivəsində dünya şöhrətli musiqiçi Alim Qasımovun "Sama-e Rast Muğam rəqsi" adlı konserti olacaq. Simsar.az-ın Mədəniyyət və İncəsənət Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sözügedən festival Kanadada qışın gəlişi və 21 dekabrda dünyanın maraqla gözlədiyi "Planetlərin paradı" hadisəsi münasibətilə təşkil edilib.

Xalq artisti konsertdə tanınmış rəqqas, Güney Azərbaycandan olan Saşar Zariflə birgə şou təqdim edəcək. Konsertdə 70 yaşlı rəqqas, Mimi Beikin də çıxışı olacaq.

Qeyd edək ki, festival Kanadanın və Ontario əyalətinin incəsənət şuraları, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Festivalın məqsədi isə Azərbaycanın zəngin muğam ənənələrini Kanadada təbliğ etməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!