21 Dekabr, 2012
Cavid İmamverdiyev Kiyev “Dinamo”sunda?

Ukrayna mətbuatı "Neftçi"nin üzvündən yazdı

Ukraynanın aparıcı internet saytlarından olan ura-inform.com Cavid İmamverdiyevin Kiyev "Dinamo"suna transferi barədə xəbər yayıb. Sayt Cavidin qışda "Dinamo"ya keçəcəyini xəbər verib. Xəbərdə həmçinin futbolçunun karyerası barədə məlumat verilib və onun Türkiyədən də təklif aldığı vurğulanıb. 

Futbolçu özü də bu barədə mətbuata açıqlama verib: “Onların təklifi realdır. Mənim oyunumu gördükləri üçün özləri təklif göndəriblər. “Dinamo” ilə müqavilə imzalamaq ehtimalım 90 faizdir. Sadəcə, bir müddət əvvəl zədə aldığımdan baş məşqçiləri mənim oyunumu bir daha izləmək istəyir”.
C.İmamverdiyev Türkiyə superliqasında yarışan, Bülənt Qorxmazın rəhbərlik etdiyi “İstanbul Böyükşəhər Bələdiyyəspor” klububundan da təklif aldığını deyib: “Bülənt Qorxmaz mənə birbaşa müqavilə bağlamaq təklifi göndərib. Bu, mənim üçün çox sevindiricidir. Hələlik seçim qarşısındayam digər bəzi xarici klublardan da təkliflər gəlməkdədir. İnşallah, yekun qərarımı yaxın vaxtlarda verəcəyəm”.

Aqşin İbrahimi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!