21 Dekabr, 2012
Gənc müğənni ölkəni tərk edir - FOTOLAR

.

“Yeni ulduz” müsabiqəsində ikincisi olan Aygün İsmayılova gələn il Azərbaycanı tərk edəcəyinibildirib. Müğənni Simsar.az-a açıqlamasında “Həyatımı planlı şəkildə davam etdirməyi sevirəm. Gələcəkdə başqa ölkədə yaşayacağımı düşünürəm. Magistratura təhsilimlə əlaqədar gələn il qonşu ölkələrdən birinə gedəcəm” – deyib.

Gənc müğənni özəl televiziya kanallarına çıxmamasının sirrini də açıb. “Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) solistiyəm. Sadəcə buna görə başqa televiziya kanallarına çıxmıram. Necə deyərlər, öz iş yerimə sadiqəm. Məni yalnız AZTV və Mədəniyyət kanalında görə bilərsiniz. Lakin müğənni kimi yaradıcılığımda yenə də inadkaram. Bunu məni tanıyan dostlarım da təsdiqləyə bilər”.

Onu da deyək ki, A.İsmayılova son vaxtlar şeir də yazır. Onun bir neçə şerinə son illər hit kompozisiyaların müəllifi, istedadlı bəstəkar Pərviz Mahmudov mahnılar bəstələyib. Xanım müğənni bu istedadının P.Mahmudov tərəfindən kəşf edildiyini deyib: “ Şairlik etmək fikrində deyiləm. Sadəcə ürəkdən gələn sözləri ipə düzüb inci kimi Pərvizin mahnılarına boyunbağı etmişəm. O, bir gün zəng vurub bəstələdiyi mahnı üçün söz yazmağımı xahiş etdi. Sanki gizli yazdığım şerlərdən xəbəri varmış. Şerlərimi ona göstərəndən sonra işbirliyimiz başladı. Pərviz bu işdə mənə stimul verdi. Lakin mən müğənniyəm və müğənni kimi də qalacam”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!