21 Dekabr, 2012
«Dünyanı satan şəxs» - YENİ FİLM

Assanj haqqında film çəkilir

«Vikileaks» saytının qurucusu Culian Assanj haqqında film çəkilir. Simsar.az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, filmə rəsmi olaraq «Dünyanı satan şəxs» adı verilib. Filmi «The Film Stage» şirkəti çəkir. Müştərək layihənin üzərində NVO və BBC də işləyir. Assanj obrazını Benedikt Kamberbetç canlandıracaq. «Dünyanı satan şəxs»də həmçinin Den Stivens, Alisiya Vikander və başqaları çəkiləcək. 

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!