21 Dekabr, 2012
Bəstəkarın xatirəsinə “Abşeron fantaziyası” - VİDEO

Tanınmış musiqiçilər bəstəkarın xatirəsini yaşatmaq istədilər...


Rəhman Əliyevin rejissorluğunu etdiyi klip “Abşeron” ansamblı tərəfindən tamaşaçılara təqdim olunub. Klip Zaqulbada və Qala qoruğunda görüntülənib. Klipin Abşeron ətraflnda çekilməsini musiqiçilər Abşeron Fantaziyası ilə əlaqələndiriblər.
Klipin musiqisi mərhum sənətkar Elxan Rəhimova aiddir. Ansamblın rəhbəri Malik Paşayev Simsar.az-a bildirib ki, bu musiqi məhz onların ansamblı üçün üçün yazılıb: “Elxanın sağlığında mən ondan xahiş etmişdim ki, bizim ansambl üçün maraqlı bir musiqi nömrəsi yazsın. Cahargah muğamı ladı üstündə yazılmış bu kompozisiyanı biz efirlərdə çox ifa etmişik. Ona görə də istədim ki, klip çəkilsin”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!