21 Dekabr, 2012
Bakıda yeni rayon yaradıldı

Bu gün Milli Məclisdə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsini qəbul edilib.




Simsar.az-ın məlumatına görə, Xəzər rayonunun ərazisində inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilərək yeni Pirallahı rayonu yaradılmasını və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur.

Yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!