21 Dekabr, 2012
İŞIQLAR SÖNDÜ, BAKIDA QİYAMƏT HƏYƏCANI YAŞANDI

.

Ötən gün Əhmədli qəsəbəsi, Binqədi rayonu, 9-cu mikrorayon ərazisində elektrik enerjisi kəsilib. Bir anda işıqların sönməsi ilə insanlar 21 dekabr “Qiyaməti”nin gerçəkləşməsi xofunu yaşayıblar. Simsar.az-n müxbirinə bu barədə məlumat verən sakinlər 21 dekrabrda “Qiyamət” qopacaq xəbərlərinə görə, işıqların sönməsidən təşvişə düşdüklərini söyləyiblər.

Simsar.az elektrik enerjisinin kəsilməsinin səbəbini öyrənmək üçün Bakıelektrikşəbəkə ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, elektrik enerjisinin verilişinin dayandırılması texniki qəza ilə bağlı olub. Qəza artıq aradan qaldırılıb.

Fatimə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!