21 Dekabr, 2012
İlin ən yaxşı mahnıları seçiləcək

Qaliblərə pul mükafatı veriləcək


Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə keçirilən “Bakı gecələri – 2012” estrada mahnı festivalının qaliblərinin qala-konserti təşkil ediləcək. Simsar.az-ın məlumatına görə, dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək “Bakı gecələri – 2012” estrada mahnı festivalında, ümumilikdə 110 mahnı tamaşaçılar tərəfindən seçilmək üçün SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb.

Qeyd edək ki, 21 mahnı “Bakı gecələri -2012” estrada mahnı festivalının qalibləri elan edilib. Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün həmin mahnılar noyabrın 25-dən dekabrın 15-dək “Araz FM - 103.3” radiosunun efirində səsləndirilməklə yenidən SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb.

Qalib mahnılar qala-konsertdə tamaşaçılara təqdim olunacaq. Qala-konsertdə ən çox səs toplamış 3 mahnı mükafatlandırılacaq.

Mərasimdə birinci, ikinci və üçüncü yerlər müvafiq olaraq diplomlar və 5000, 3000, 2000 manat mükafat veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!