21 Dekabr, 2012
“Qiyamət” bunker satıcılarının işinə yarıyıb

Bunkerlərdə bir yerin qiyməti 40 min dollar civarındadı

Qiyamətin olacağı barədə gəzən söz-söhbətlər müəyyən firmaların işinə yarayıb. Şam istehsal edən müəssisələr bu arada yaxşıca gəlir əldə etdilər. «21 dekabr» şayiəsindən yararlananlar sırasında bunker hazırlayan şirkətlər də var. 
Simsar.az «Vaşinqton post»-a istinadən xəbər verir ki, ABŞ-ın “De Luxe” şirkəti bu günə qədər dəyəri milyonlarla dollar olan bunkerləri satışa çıxarıb. Varlı ərəb şeyxləri, Hindistan və Çin iş adamları bir neçə bunker alıblar. Kirayəyə verilən bunkerlərdə bir yerin qiyməti 40 min dollar civarındadır. Bunkrlər suyun altında iki ya qala bilir. Yanğına, zəlzələyə və digər təbii fəlakətlərə qarşı dözümlüdür. Bunkerlərdə insanın yaşaması üçün hər cür şərait var.


Qəzetin yazdığına görə, bunker istehsalı ilə məşğul olan bəzi şirkətlər ayrı-ayrı ölkələrdə «qiyamət»in piarını aparırlar və mövzunu gündəmdən düşməyə qoymurlar.

Qeyd edək ki, mülki bunkerlər ilk dəfə ABŞ və SSRİ arasındakı soyuq müharibə dövründə gündəmə gəlib. SSRİ-i Qərbin təhdidlərinin reallıq ehtimalını nəzərə alaraq bunkerlərin inşasına başlayıb. Son anda məlum olub ki, Qərbin SSRİ-yə qarşı hərbi həmləsi planı heç vaxt olmayıb.

Bu gün isə bunkerlər biznes və muzey xarakteri daşıyır.






Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!