21 Dekabr, 2012
Məhəmməd Baqir: “Tar nə sizindi, nə bizim”

.

İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad dünən keçirdiyi mətbuat konfransında Azərbaycan və İran arasında mübahisəyə səbəb olan musiqi aləti tar barədə danışıb.

Onun sözlərinə görə, dünyada tarixi, milli, dini baxımdan bu qədər bağlı olan çox az xalq tapmaq olar: “İki ölkə arasında mübahisəyə səbəb olan hansısa söz, şair və hətta tar belə nə sizindir, nə bizim. Çünki xalqlarımız çox yaxındır, tarixi köklərə dayanan bütün dəyərlərimiz ortaqdır”.

O bildirib ki, dünyada tarixi, milli, dini baxımdan bu qədər bağlı olan çox az xalq tapmaq olar: “2009-da İran bir çox alətləri, o cümlədən tarı UNESCO-ya təqdim etdi. Əlaqələrimiz tarixi köklərə dayandığına görə, İran Azərbaycanın tar ifaçılığı sənətinin UNESCO siyahısına daxil edilməsinə etiraz etmədi. Sonradan iranlı mütəxəssislər dedilər ki, bu, İran tarıdır. Ancaq fikrimcə, bu məsələ mübahisə mövzusu deyil. 2009-da UNESCO-da İran tarı da mədəni irs nümunəsi kimi qəbul olunub. İran hökuməti Azərbaycan tar ifaçılığı sənətinin həmin qurum tərəfindən mədəni irs nümunəsi kimi qəbuluna etiraz etməyib. Ziyalılarımız çalışmalıdır ki, bütün sahələr üzrə əlaqələrimiz, ən əsası da mədəni əlaqələrimiz inkişaf etdirilsin”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!