20 Dekabr, 2012
Yaponiya İsrailə narazılığını bildirdi

.

İsrail Qüdsdə 1500 yeni iqamətgah tikdirib. Bu, Yaponiyanın da narazılığına səbəb olub. Simsar.az xarici KİV-ə istinadən məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin bu qərarına təəssüfləndiyini bildirib. Təl-Əvivin bu istiqamətdəki qərarlarına əvvəldən narazı olduğunu açıqlayıb. Yaponiya XİN İsrailə Şərqi Qüdsün statusunu dəyişdirməməsini və yeni məskunlaşma qərarından imtina etməsini tələb edib. İsrail Fələstinin BMT Baş Kabinetində "müşahidəçi dövlət" statusu qazanmasından sonra iki yeni məskunlaşma vahidi qərarı açıqlayıb. Bu qərarlara başda ABŞ olmaq üzrə beynəlxalq cəmiyyət reaksiya göstərib.

Turanə Zeynallı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!