24 Oktyabr, 2012
Hava haqqında

.

Bu gün səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-23 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Günün ikinci yarısınadək Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlüyü ilə əlaqədar temperatur bir qədər aşağı enərək 19-22 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!