23 Oktyabr, 2012
Azərbaycan işgüzarlıq mühitinə görə 67-cidir

.

Dünya Bankı və İFC-in (Beynəlxalq Maliyyə Korporasiyası) hazırladığı illik hesabatda birincilik Sinqapura verilib. Kiçik və orta biznesi tənzimləyən qaydaların nə dərəcədə effektiv, işgüzarlığa açıq olduğunu ifadə edən “Doing Business” əmsalını hesablayanlar 7 ildir dalbadal Sinqapuru qalib elan edirlər. Gürcüstanın (9) ilk onluğa daxil olması diqqəti çəkir.

67-ci yeri tutan Azərbaycan Şərqi Avropadan Rusiya (112), Moldova (83), Ukrayna (137) və Serbia (86) kimi ölkələri qabaqlasa da, siyahıda Ermənistan (32), Belarus (49) və Qazaxstandan (58) sonra yerləşdirilib.

Biznesyönlü ölkələrin ilk 10-luğu belədir: Sinqapuq, Honq Konq, Çin, Yeni Zelandiya, ABŞ, Danimarka, Norveç, Böyük Britaniya, Cənubi Koreya;Gürcüstan və Avstraliya.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!