22 Oktyabr, 2012
Palçıq vulkanlarda monitorinqlər başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkə ərazisində yerləşən palçıq vulkanlarında monitorinqlərə başlayıb

İnstitutun palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynovun Simsar.az-a verdiyi məlumata görə, monitorinqlər Abşeron, Qobustan, Şamaxı ərazisində yerləşən palçıq vulkanlarında aparılacaq. Bir həftə davam edəcək monitorinqlər zamanı vulkanlarda gedən geoloji proseslər, aktivlik dərəcəsi dəqiq təhlil ediləcək. 

A. Hüseynovun sözlərinə görə, monitorinqə sentyabrın 20-də püskürən Lökbatan palçıq vulkanından başlanılıb: “Araşdırmalar zamanı vulkanın püskürmə səbəbləri öyrəniləcək. Bu vulkanın ərazisində bəzi yeniliklər var. Onlar da araşdırılacaq. Şamaxı ərazisində yerləşən vulkanların bir müddət bu ərazidə baş verən zəlzələlərlə bağlılığı da öyrəniləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!