22 Oktyabr, 2012
Zəvvarlarımıza soyuqdur

.

Hazırda Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan bir neçəsinin səhhətində problemlər yaranıb.
Havaların qəfil soyuması ziyarətçilərin sağlıq durumuna mənfi təsir göstərib.

Qeyd edək ki, Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri, 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə ziyarət zamanı dünyasını dəyişib. Zəvvar xanım ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunub.

R. Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!