21 Oktyabr, 2012
Hava mülayim keçəcək

/

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin mülayim keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir. 

Oktyabrın 21-də gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!