20 Oktyabr, 2012
Həcc ziyarətinə gedənlərdən biri dünyasını dəyişdi

Azərbaycanlı zəvvar ürək çatışmazlığından keçinib

Müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri bu gün dünyasını dəyişib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, 1947-ci il təvəllüdlü Hidayətova Raziyənin əhvalı sübh namazından sonra pisləşib, ona ilkin tibbi yardım göstərilib.

Lakin həkimlərin davamlı səylərinə baxmayaraq, azərbaycanlı zəvvar bir qədər sonra ürək çatışmazlığından keçinib.

İxtisasca həkim olan Hidayətova Bakıdakı poliklinikalardan birində baş hakimin müavini vəzifəsində çalışırdı.

Həcc ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!