20 Oktyabr, 2012
Anar Yusifoğlunun ad günüdür

.

Bu gün İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin rəhbəri Anar Yusifoğlunun ad günüdür. Simsar.az doğum günündə teleaparıcı ilə əlaqə saxlayaraq, onu təbrik edib. Ad günlərinə heç vaxt xüsusi olaraq yanaşmadığını bildirən A.Yusifoğlu bu il də bu günü təmtəraqsız şəkildə, yaxın dostları ilə birlikdə qeyd edəcəyini bildirib.

Xatırladaq ki, tanınmış jurnalist Anar Yusifoğlu 1974-cü ildə Yardımlı rayonunda dünyaya gəlib. Azərbaycan müstəqillik əldə edəndən sonra yaranan bir çox KİV-lərdə fəaliyyət göstərib. Hazırda İTV-nin əsas simalarından biridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!