20 Oktyabr, 2012
Necə yatmağınız xarakterinizdən xəbər verir

.

İngiltərəli araşdırmaçılar insanın əhval- ruhiyyəsinin onun yatış formasında əks olunduğunu aşkarlayıb. Simsar.az-ın məlumatına görə, araşdırmanın nəticələrinə görə, insanın hansı formada yatması onun xarakteri ilə əlaqəlidir. Bədən dili üzrə mütəxəssis Robert Fipsin apardığı araşdırmaya görə, dörd növ yatış forması var. Bunlardan insanların ən çox sevdiyi yan yataraq qıçların özünə doğru çəkildiyi “döl vəziyyəti” adlandırılan formadır. Bu formada yatmaq insanın gün ərzində narahatlıq keçirdiyindən xəbər verir. İkinci isə heç qıvrılmadan yan yatmaqdır ki, bu da “kötük vəziyyəti” adlandırılır. Sərt xasiyyətli insanlar adətən bu formada yatırlar. Yan yatıb əlləri bədənin qarşısında birləşdirən insanlar isə adətən, xəyalpərəst olurlar. Dördüncü yatış forması isə “ sərbəst eniş vəziyyəti” adlanır. Belə yatan insanların öz hisslərinə nəzarət etmə ilə bağlı problemləri olur. Bu yatış forması ən narahat yatış mövqeyi hesab olunur.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!