19 Oktyabr, 2012
Azərbaycandan 1294 qız Türkiyəyə gəlin gedib

.

Türkiyədə xarici vətəndaşlarla evlənənlərin sayı açıqlanıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçən il Türkiyədə cəmi 1 milyon 185 min 500 nəfər evlənib. Xarici vətəndaşlarla evlənənlərin də sayının artdığı bildirilir. Statistikaya görə, xarici gəlinlər Türkiyəyə ən çox Almaniyadan gəlib. Belə ki, 2 min 632 nəfər türkiyəli Almaniya vətəndaşı ilə ailə qurub. Türklərin ailə qurmaq üçün seçdikləri xaricilər arasında ikinci yeri ruslar tutur. 1522 Türkiyə vətəndaşı rusla ailə qurub. Türkiyə vətəndaşlarından azərbaycanlılarla ailə quranlar da az deyil. Hesabata görə, keçən il Azərbaycandan Türkiyəyə 1294 qız gəlin gedib.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!