18 Oktyabr, 2012
Yeni radionun acilmasi üçün müsabiqə elan olundu

Azərbaycanda yeni radiostansiyanın açılması üçün müsabiqə elan olunub

Simsar.az-ın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında qərar qəbul edilib. Qərara əsasən, “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq, yeni regional radioyayım orqanının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə oktyabrın 22-dən noyabrın 22-dək müsabiqə olunub. Müsabiqə üçün tələb olunan sənədlər qeyd olunan vaxtda, şənbə və bazar günləri istisna olmaqla MTRŞ-nin inzibati binasında qəbul ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!