18 Oktyabr, 2012
Ötən il 772 nəfər vərəmə yoluxub

ÜST 2012-ci ildə vərəm xəstəliyinə qarşı qlobal mübarizəyə dair yeni hesabat açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı 2012-ci ildə vərəm xəstəliyinə qarşı qlobal mübarizəyə dair yeni hesabat açıqlayıb. Simsar.az-ın məlumatına görə, hesabatda 204 ölkə və ərazi üzrə rəqəmlər öz əksini tapıb.

Hesabata əsasən, vərəm xəstəliyinə yoluxanların sayı azalmaqda olsa da, bu xəstəlik hələ də qlobal təhlükə doğurmaqda davam edir. 2011-ci ildə dünyada 8,7 milyon insan vərəm xəstəliyinə yoluxub. Azərbaycanda isə son 20 ildə vərəm xəstəliyindən ölənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb, xəstəliyə yoluxma səviyyəsi 90-cı ildəki göstəricidən aşağı düşüb. 2010-cu ildə Azərbaycanda 552 vərəmə yoluxma halı qeydə alınıb, ötən il bu rəqəm 772 fakt təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!