18 Oktyabr, 2012
Rəbiyyət Aslanova yeni partiya ilə əlaqələrindən danışdı

.

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova partiya yaratması barədə məlumatlara münasibət bildirib. Saytların yazdığına görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurultayında partiyaya yeni sədr seçilən Fatma Əliyeva R.Aslanovanın adamı kimi tanınır.
R.Aslanova buna münasibət olaraq jurnalistlərə bildirib ki, DADP hər zaman iqtidarın yanında olub və Azərbaycanın inkişafına xidmət göstərib: “Əminəm ki, bundan sonra da belə olacaq”.
R.Aslanova əlavə edib ki, mənsub olduğu Yeni Azərbaycan Partiyasında təmsil olunmaqdan şərəf duyur: “Bilmirəm, barəmdə bu məlumat haradan çıxıb. Bir qadın partiya sədri seçilib. Onu təbrik etmək, ona kömək göstərmək əvəzinə, mənim adıma bağlamaq doğru yanaşma deyil”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!