17 Oktyabr, 2012
Mantu sınağı şagirdlərin halını pisləşdirdi

/


Bakı şəhəri Xətai rayonundakı 245 saylı orta məktəbdə şagirdlər arasında mantu sınağı vurulduqdan sonra bəzi şagirdlərin vəziyyəti pisləşib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, onlar bununla əlaqədar 4 məktəblini 6 saylı Uşaq Klinik Xəstəxanasına gətiriblər.

Xəstəxanadan isə bildirilib ki, həmin şagirdlərin vəziyyəti hazırda yaxşı qiymətləndirilir. Xəstəxanadan deyilib ki, həmin şəxslər 8-ci sinif şagirdləridirlər.

245 saylı orta məktəbdən isə bildirilib ki, mantu sınağından sonra şagirdlərin vəziyyətinin pisləşməsinə səbəb allergiya olub.

Qeyd edək ki, mantu sınağına reaksiya verən məktəblilərin sayının 7 olduğu bildirilir./Trend/

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!