17 Oktyabr, 2012
Hava haqqında

.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Oktyabrın 17-də Abşeron yarımadasında hava şəraiti sabit, mülayim keçəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!